"Qızıl top"un qalibi Kriştiano Ronaldo olacaq

18:32 6 Dekabr 2016

Dekabrın 12-də "France Football" jurnalı ilin yekununa əsasən "Qızıl top" mükafatının qalibini açıqlayacaq.


Sportarena.az xəbər verir ki, dünya mətbuatı artıq indidən mükafatçının adını hallandırıb. Belə ki, "Mundo Deportivo" qəztinin yaydığı məlumata görə, Kriştiano Ronaldo "Qızıl top"un qalibi olacaq.


Xatırladaq ki, bu il "France Football" ən yaxşı futbolçu mükafatı ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) ilə beşillik mövcud əməkdaşlığa son verdiyi üçün hər iki qurum qalibini ayrılıqda müəyyənləşdirəcək.


Digər xəbərlər

Xəbər xətti