Çexiyada çıxış edən basketbolçumuzdan növbəti uğur

21:53 6 Dekabr 2016

Çexiyanın birinci divizionunda çıxış edən Endər Poladxanlı növbəti uğura imza atıb.


“Sparta” basketbol komandasının şərəfini qoruyan həmyerlimiz “Praqa” klubu üzərində qələbəni təmin edən (86:57) əsas oyunçulardan biri olub.


Bu qarşılaşmada Endər hesabına 17 xal yazdırıb. Onuncu turdan sonra “Sparta” komandası 7-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti