Türk azarkeşlərdən "Dinamo"ya hörmətsizlik

00:31 7 Dekabr 2016

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Beşiktaş” səfərdə Kiyev “Dinamo”su qarşılaşır.

Oyundan öncə Kiyev küçələrində gəzintiyə çıxan türk azarkeşlər rəqibin bayrağını tapdalayıblar.

“Dinamo”nun bayrağını yerə ataraq üzərinə çıxıb şəkil və video çəkdirən fanatlar bunu coşqu ilə qeyd ediblər.

Rəqibə qarşı hörmətsizliyin insidentə çevirlməsinin qarşısını isə yerli polisin müdaxiləsi alıb. Xəbərdarlıqdan sonra toplaşan azarkeşlər dağılışıblar.
 


Xəbər xətti