Mirça Rednikin yeni klubu bəlli oldu

10:36 7 Dekabr 2016

"Xəzər Lənkəran”"ın sabiq baş məşqçisi Mirça Rednikin yeni iş yeri məlum olub.
 

Sportarena.az xəbər verir ki, 54 yaşlı mütəxəssis Belçikanın "Muskron" klubunu çalışdıracaq. Tərəflər arasında imzalanan müqavilənin müddəti bu mövsümün sonunadək nəzərdə tutulub.

 
Qeyd edək ki, rumıniyalı çalışdırıcı 2010/11-ci illərdə "Xəzər Lənkəran"nı çalışdırıb. O, cənub klubuna rəhbərlik etdiyi dönəmdə Azərbayan kubokunu və Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb.


Digər xəbərlər

Xəbər xətti