Rusiya klubu baş məşqçisi ilə yollarını ayırdı

15:55 7 Dekabr 2016

Rusiyanın ÇSKA klubu baş məşqçisi ilə yollarını ayırıb.


Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Leonid Slutski Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Tottenhem"lə matçdan sonra komandanı tərk edəcək.


Qeyd edək ki, Slutski 2009-cu ildən çalışdırdığı ÇSKA ilə 3 dəfə ölkə çempionu, 2 dəfə Rusiya kuboku və 2 dəfə də Rusiya Super kubokunu qazanıb.


Digər xəbərlər

Xəbər xətti