Sportarena.az
23 May 2017

Zidan: "Bu, bizim üçün final oyunudur"

12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsinin altıncı turunda “Borussiya”ya qarşı keçirəcəkləri oyundan danışıb.


Sportarena.az xəbər verir ki, fransız məşqçi Dortmund klubu ilə oyunun həlledici olduğunu söyləyib: 


“Bu, bizim üçün final oyunudur. Bu gün ki, görüşdə məqsədimiz qalib gəlməkdir. Yalnız qələbə barədə düşünürük. Çünki məqsədimiz qrup birincisi olmaqdır. “Borussiya”ya qarşı ən yaxşı oyunumuzu göstərməliyik.


Erkən qol vurmağa çalışacağıq. Buna nail olsaq, işimiz bir qədər asanlaşacaq. Amma güclü rəqibə qarşı 90 dəqiqə diqqətli olmalısan. Görüşün çətin keçəcəyi şübhə doğurmur. Komandam döyüşə hazırdır”. 


Qeyd edək ki, “Real” qrupda birinci yeri tutmaq üçün mütləq qələbə qazanmalıdır. Əks halda, qrup qalibi “Borussiya” olacaq.

Tarix
07.12.16 [16:59]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

23 May
22 May 

Facebook

Sorğu

Növbəti mövsümdən Premyer Liqada neçə klub iştirak etsin?
 8
 10
 12
 Daha çox

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio