"Şapokoense" klubunun həlak olmuş futbolçularının xatirəsinə yoldaşlıq oyunu keçiriləcək

17:11 7 Dekabr 2016

Braziliyanın “Şapokoense” klubunun təyyarə qəzasında həlak olmuş futbolçularının xatirəsinə həsr edilən yoldaşlıq oyunu keçiriləcək.


Sportarena.az xəbər verir ki, xeyriyyə məqsədilə təşkil edilən yoldaşlıq oyunu Braziliya və Kolumbiya yığmaları arasında olacaq. Oyundan əldə edilən gəlir qəzada dünyasını dəyişənlərin ailələrinə veriləcək.


Qarşılaşmanın yanvarda “Marakana” stadionunda və ya “Şapokoense”nin meydanında keçirilməsi nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti