"Fiorentina" Bakıda dəstəksiz qalmayacaq

17:35 7 Dekabr 2016

Sabah Avropa Liqası qrup mərhələsinin son turunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Fiorentina"nı qəbul edəcək.
 

Sportarena.az xəbər verir ki, Florensiya təmsilçisi bu qarşılaşmada dəstəksiz qalmayacaq. Belə ki, İtaliyadan "Fiorentina"nı dəstəkləmək üçün azarkeşlər ölkəmizə səfər edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda "bənövşəyilər"i 120 azarkeş dəstəkləyəcək.
 

Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" oyuna sabah saat 20:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti