Qara Qarayev: "Əlimizdən gələni edəcəyik"

18:11 7 Dekabr 2016

Avropa Liqasının qrup mərhələsində sabah “Fiorentina”nı qəbul edəcək “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.
 

Sportarena.az xəbər verir ki, Qarayev avrokubok həyəcanını davam etdirmək istədiklərini deyib:
 

“Sabah bizi vacib oyun gözləyir. Hamı həyəcanlıdı ki, sabahkı oyunun nəticəsi nə olacaq. Bu həyəcanı davam etdirmək istəyirik. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.


Xəbər xətti