"MEDİA turniri": Finalçılar məlum oldu

18:30 7 Dekabr 2016

AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalistləri arasında təşkil edilən “MEDİA turniri”nin yarımfinal oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, keçirilən iki yarımfinal qarşılaşmasında finala yüksələn komandaların adlarına aydınlıq gəlib. Belə ki, finalda "CBC Sport" komandasını 4:3 hesabı ilə məğlub edən "MX United" və "İnternasional"a 1:3 hesabı ilə qalib gələn "İdman Azərbaycan" komandası qarşılaşacaq.

 
CBC Sport – MX United 3:4
Qollar:
Gündüz Abbaszadə-2, avtoqol // Anar Hacıyev, Nurlan İbrahimov-2, Firuz Abdulla

İnternasional – İdman Azərbaycan 1:3
Qollar:
Emin Səfərov // Tural Məmmədli-2, Sərxan İbrahimoğlu

Bombardirlər: Firuz Abdulla (MX United), Gündüz Abbaszadə (CBC Sport)- 11, Emin Səfərov (İnternasional)- 10, Sərxan İbrahimoğlu (İdman Azərbaycan)- 9


Digər xəbərlər

Xəbər xətti