Dino Ndlovu: "İtalyan klublarına qarşı oynamaq çətindi"

18:58 7 Dekabr 2016

Avropa Liqasının qrup mərhələsinin son turunda evdə “Fiorentina” ilə qarşılaşacaq “Qarabağ”ın hücumçusu Dino Ndlovu oyunla bağlı fikirlərini bildirib.
 

Sportarena.az xəbər verir ki, cənubi afrikalı hücumçu italyan klublarına qarşı oynamağın çətin olduğunu deyib:
 
“Sabahkı oyun təkcə futbolçular və məşqçi heyəti üçün yox, bütün Azərbaycan üçün çox əhəmiyyətlidi. Çətin oyun olacaq. İtalyan klublarına qarşı oynamaq xüsusilə çətindi. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, bu oyundan yaxşı nəticə ilə ayrılaq”.


Xəbər xətti