"Fiorentina"nın baş məşqçisi: "Qarabağ" güclü komandadır və Avropada tanınır"

21:01 7 Dekabr 2016

Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”ın qonağı olacaq “Fiorentina”nın baş məşqçisi Paulo Souza oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.
 

Sportarena.az xəbər verir ki, mütəxəssis oyunla bağlı bunları deyib:

 

- Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Məşqimizi də açıq elan etmişik.

 

- Məşqi açıq elan etdiz. Rəqibdən qorxmursuz yoxsa bu sizin taktikanızdır?
- Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Güclü məşqçi və futbolçuları var. Yerli və əcnəbi oyunçularını bəyənirəm. Bunu ona görə edirəm ki, İtaliyadan bizimlə jurnalistlər gəliblər. Onlar və siz yerli jurnalistlər məşqimizi izləyə bilərsiz. Bu, jurnalistlərə hörmət əlamətidir.

 

- PAOK-a məğlubiyyətdən sonra daha çox italyan azarkeşlərə görə üzülürdüz, yoxsa azərbaycanlı azarkeşlərin hansı vəziyyətdə olması barədə düşünürdüz?
- Biz həmişə meydana qələbə üçün çıxırıq. Həmin oyuna yaxşı hazırlaşmışdıq. Yaxşı çıxış da etmişdik. Sadəcə, qalib gələ bilmədik.


- “Qarabağ” ilk oyununun 20-ci dəqiqəsinə kimi “Fiorentina” ilə başabaş mübarizə aparmışdı…
- “Qarabağ” yaxşı komandadı. Bu komandaya qarşı İtaliyadakı oyunun ilk 15-20 dəqiqəsində bizə çox çətinlik yaratdı. Ancaq həmin oyunda qalib gəlməyi bacardıq. Sabahkı oyunda çalışacağıq ki, topsuz vəziyyətdə də üstünlük əldə edək.

 

- Oyunda sonuncu dəqiqələrin əhəmiyyəti barədə fikrinizi bilmək istərdik...
- Futbolun gözəlliyi ondadı ki, hər an sürprizlə qarşılaşa bilirsən. Mən pozitiv insanam. Oynadıqca təcrübəni daha da artırırsan. Təcrübə illərlə deyil, oynanılaraq qazanılır.

 

- “Qarabağ” adının tarixçəsini bilirsiz?
-  Bilmirəm. Təəssüf ki, adının mənasını bilmirəm. Onu bilirəm ki, “Qarabağ” güclü komandadır və Avropada tanınır.(sportal.az)


Digər xəbərlər

Xəbər xətti