Qurbanov: "İstəyirik ki, "Qəbələ"yə azarkeşlik edəcək hər kəsi sevindirək"

00:32 8 Dekabr 2016

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun sabah baş tutacaq “Maynts” (Almaniya) – “Qəbələ” oyunu öncəsi “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk və hücumçusu Ruslan Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib. Sizi Ruslan Qurbanovun fikirləri ilə tanış edirik:

“Oyun barədə onu deyə bilərəm ki, matça çox ciddi hazırlaşmışıq. Səfər oyununa yaxşı nəticə üçün gəlmişik. Yaxşı nəticə qazanıb, Qəbələyə yüksək əhval-ruhiyyə ilə qayıtmaq istəyirik ki, ilin son matçlarına hazırlaşaq. Lakin indi yalnız “Maynts”la oyunu düşünürük. Bizim yaxşı imkanlarımız da oldu, amma şansları qaçırdıq. Lakin futbolda belə hallar olur. Hardasa bəxtimiz gətirmədi, hardasa hazır olmadıq. İstəyirik ki, sabah yaxşı, gözəl futbol nümayiş etdirib, fanatlarımızı, Azərbaycanda “Qəbələ”yə azarkeşlik edəcək hər kəsi sevindirək”.


Xəbər xətti