"Qarabağ" Avroliqanı tərk etdi - YENİLƏNİB

21:52 8 Dekabr 2016

Bu gün Avropa Liqasının qrup mərhələsində 6-cı - sonuncu turun oyunları keçiriləcək.


Sportarena.az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" klubu bu gün qrup mərhələsində sonuncu oyununa çıxacaq. 


Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşdə Ağdam klubu İtaliya "Fiorentina"sı ilə qarşılaşacaq. Bu matç "köhlən atlar" üçün həlledici rol oynayır. Belə ki, Ağdam təmsilçisi "bənövşəyilər"ə qalib gəlsə, digər oyunun nəticəsindən asılı olmayaraq 1/16 final mərhələsinə yüksələcək.
 

"Qarabağ" heç-heçə nəticəsində də qrupdan çıxa bilər. Bunun üçün PAOK - "Slovan" oyunu ya bərabərliklə bitməli, ya da Liberets təmsilçisi qalib gəlməlidir.

 
PAOK-la "Qarabağ" son turda məğlub olsa, qrupdan "Fiorentina və "Slovan" növbəti mərhələyə yüksələcək.


Xatırladaq ki, qarşılaşma saat 20:00-da start götürəcək.


8 dekabr

Avropa Liqasının qrup mərhələsi

20:00. "Qarabağ" – "Fiorentina" (İtaliya) 1:2

Qollar: Vesino, 60 (0:1), Reynaldo, 73 (1:1), Kyeza, 76 (1:2)
Baş hakim: İvan Bebek
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


Digər xəbərlər

Xəbər xətti