İdmançılarımız dünya çempionatında 8 medal qazandı

16:54 8 Dekabr 2016

Ukraynanın Xarkov şəhərində universal döyüş növləri üzrə dünya çempionatı keçirilib.


Sportarena.az xəbər verir ki, Azərbaycan Şaolin döyüş sənətləri federasiyanın idmançıları da yarışda iştirak ediblər. Federasiya prezidenti Rafiq Əliyevlə, Tofiq Abışovun rəhbərliyi altında turnirə yollanan idmançılarımız uğurlu nəticəyə imza atıblar: 5 qızıl, 3 gümüş.


Ruhi Hüseynovun yetirmələrindən Amil Əliyev, Fərhad Abdilov, Ruslan Hüseynov, Təbriz Bəşirov, Rafael Məmmədov qızıl, Vüsal Zülfiqarlı, Miryusif Ekberli, Firudin Həsənov gümüş medal qazanıblar.


Digər xəbərlər

Xəbər xətti