Klublararası dünya çempionatına start verildi

18:10 8 Dekabr 2016

Bu gün Yaponiyada futbol üzrə klublararası dünya çempionatı başlayıb.


Sportarena.az xəbər verir ki, dekabrın 18-dək davam edəcək mundialda ilk dəfə baş hakimə videoköməkçi də yardım edəcək.


İlk dəfə sınaqdan keçirilən texnologiya xüsusi otaqlarda quraşdırılıb. Yardımçı funksiyasını yerinə yetirən videoassistent referiyə lazımi məlumatları ötürəcək. Lakin yekun qərar baş hakimə məxsus olacaq.


Yeniliklə tarixə düşən yarışa təşkilatçı ölkənin “Kaşima” komandası və cənub yarımkürəsinin “Oklend” klubunun qarşılaşması ilə start verilib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti