"Ömürlük əlil olmamaq üçün 27 yaşımda futboldan gedirəm"

21:22 8 Dekabr 2016

Münhenqladbax “Borussiya”sının oyunçusu Alvaro Dominges futbolçu karyerasını başa vurduğunu elan edib.

Bu haqda o, şəxsi Tvitter hesabında məlumat verib. 27 yaşlı müdafiəçi belindəki problemlər səbəbindən belə addım atmaq məcburiyyətində qaldığını bildirib: “Son illər fiziki formam pis vəziyyətdə idi. Futbol oynamağa davam etməyim ona gətirib çıxardı ki, 2 dəfə əməliyyat olundum. Bu isə acı sonluqla bitdi. Ona görə də ömürlük əlil olmamaq üçün 27 yaşımda futbolu tərk etməli oluram”.

Qedy edək ki, Dominges “Borussiya”da son oyununu 2015-ci ilin noyabrın 7-də “İnqolştadt”a qarşı keçirib. Bu görüşdən sonra isə ispan futbolçu növbəti dəfə əməliyyat olunub və heyətə qayıda bilməyib.


Xəbər xətti