"Fiorentina"nın baş məşqçisi: "Gözəl hücum futbolu sərgiləyən rəqibə qarşı oynadıq"

22:55 8 Dekabr 2016

"Heç vaxt məğlubiyyəti gözümüzün qabağına gətirmirik və çalışırıq ki, mümkün qədər qol vuraq. Gözəl oyun göstərən komandaya qarşı oynadıq. Gözəl hücum futbolu oynadıqları üçün Qurban Qurbanovu təbrik edirəm".

Bu sözləri "Fiorentina"nın baş məşqçisi Paulu Souza Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

O, görüşün heç də asan keçmədiyini bildirib:

"Gözəl hücum futbolu sərgiləyən rəqibə qarşı oynadıq. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq.  Məqsəd qələbə qazanmaqdır və belə davam etməyə çalışacağıq" - deyə o bildirib.

P.Souza bildirib ki, onlar üçün hər bir futbolçunun inkişafı çox vacibdir:

"Futbolçuların inkişafına və komandaya inteqrasiyasına böyük əhəmiyyət veririk. Ötənilki oyunla müqayisədə builki nəticələrdə irəliləyiş var. Ümid edirik ki, belə davam edəcəyik".


Digər xəbərlər

Xəbər xətti