Muarem: "Qırılma nöqtəsi bizim qaçırdığımız qol epizodu oldu"

23:12 8 Dekabr 2016

"3-cü dəfədir qrup mərhələsində oynuyuruq. Bütün oyunlarda yaxşı oynadığımızı düşünürəm. Amma rəqiblərimiz də çox güclü olur. Bu gün də çox təcrübəli bir komandaya qarşı oynadıq. Təəsüflər olsun ki, məğlub olduq. "

Sportarena.az xəbər verir ki, bu sözləri "Fiorentina"ya 1:2 hesabı ilə məğlub olan "Qarabağ"ın futbolçusu Muarem Muarem deyib. 


Fasilədə  əvəzlənməyin nə ilə bağlı idi?
Məndə bir problem yox idi. O baş məşqçinin qərarı idi. Mən bütün oyunlarda 90 dəqiqə oynamaq istəyərəm. 
"Qarabağ" bu gün təcrübəsizliyə görəmi məğlub oldu?
Təcrübəsizlik deməzdim. Bizdə Avroliqada mübarizə aparırıq. Yetərincə təcrübəmiz var. Qırılma nöqtəsi bizim qaçırdığımız qol epizodu oldu. Hansı ki, Ndolvunun zərbəsi qapı dirəyindən qayıtdı.

 


Xəbər xətti