Roman Qriqorçuk: "Həqiqət budur ki, biz bütün rəqiblərmizidən zəif idik"

Sportarena.az      9 Dekabr 2018, 00:50

"Düşünürəm ki, bu gün meydanda sürətli və gərgin oyun getdi. Öz komandama təşəkkür etmək istəyirəm. Yaxşı çıxış etdik”. Bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə “Maynts”la qarşılaşan “qırmızı-qaralar” səfərdə 0:2 hesablı məğlubiyyətə üzülüblər.
 
Görüş başa matdıqdan sonra “İdman TV”yə açıqlama verən ukraynalı çalışdırıcı komandasından razı qaldığını bildirib: “Futbolçularım bu mövsüm çox şey öyrəndilər. Qeyri-adi heç nə baş vermədi. Həqiqət budur ki, biz bütün rəqiblərmizidən zəif idik. Bilirdik ki, onların səviyyəsi bizdən yüksəkdi”.
 
Baş məşqçi gənc oyunçuların meydana çıxması haqqında da fikir bildirib: “Belə ciddi rəqiblərə qarşı gənc oyunçuların meydana çıxması onlar üçün çox yararlı olacaq. Meydanda çox vaxt keçirə bilməsələr də, yaxşı təcrübə qazandıqlarını demək olar”.

apasport.az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin