Xaqani Məmmədov bütün Azərbaycanı necə aldatdı?

12:33 9 Dekabr 2016

2017-ci ilin FİFA hakimlərinin UEFA kateqoriyaları açıqlanıb.

Sportarena.az xəbər verir ki, UEFA zona üzrə baş hakimləri elit, 1-ci, 2-ci və 3-cü kateqoriyalara bölüb.
 
Azərbaycan hakimlərindən Əliyar Ağayev 2-ci, Rəhim Həsənov 3-cü kateqoriyada qalıb. FİFA statusunu yeni əldə edən Ömər Paşayev də sonuncular sırasındadı.
 
Siyahının ən diqqətçəkən məqamı isə məhz Ağayevlə bağlıdı. Onun 1-ci kateqoriyaya yüksələcəyi barədə xəbərlər yayılsa da, bunların şayiədən başqa bir şey olmadığı üzə çıxıb. Təmsilçimiz 2-ci kateqoriyadan irəli gedə bilməyib.
 
Həmin şayiə AFFA rəsmiləri, qurumun Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədov tərəfindən sızdırıldığı, sonra isə televiziya ilə rəsmən açıqlanıb. Çünki FİFA hakimlərinin adları, həmçinin kateqoriyalarını ölkəmizdə ilk bilən məhz Məmmədov və onun komitəsi olur.Həmin dezinformasiyanın mətbuata çıxmasının səbəbi də başadüşüləndi. Topaz Premyer Liqasında sıralanan hakim səhvlərini, xüsusilə, “Qarabağ” – “Qəbələ” görüşündə yaşananları unutdurmaq, diqqəti başqa yerə cəlb etmək lazım idi. Ağayev yalanı da məhz bu məqsədə xidmət edib. Bir sözlə, bu,  Məmmədovun yetirmələrinin uğursuz idarəçiliyini yalançı uğurla ört-basdır etməyə çalışmasına bənzəyir.
 
Qalmaqalın müzakirələrini Ağayevin uğuruna yönləndirmək üçün 10 milyonluq auditoriya qarşısında çıxan Məmmədov ağ yalandan da çəkinməyib. Əslində, bunu bacarıb. Çünki qalmaqallı oyun artıq unudulub. Amma yalan da artıq üzə çıxıb.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti