ÇL-də püşkatma səbətləri açıqlandı

Sportarena.az      9 Dekabr 2018, 14:10

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/16 final mərhələsinin püşkatma səbətləri müəyyənləşib.


Sportarena.az  xəbər verir ki, komandalar qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsinin qalibləri və ikinciləri kimi ayrı səbətlərə bölünüblər.


Qrup birinciləri: “Arsenal” (qrup “A”, İngiltərə), “Napoli” (“B”, İtaliya), “Barselona” (“C”, İspaniya), “Atletiko Madrid” (“D”, İspaniya), “Monako” (“E”, Fransa), “Borussiya Dortmund” (“F”, Almaniya), “Leyçester Siti” (“G”, İngiltərə) və “Yuventus” (“H”, İtaliya).


Qrup ikinciləri: “Paris Saint-Jermain” (qrup “A”, Fransa), “Benfika” (“B”, Portuqaliya), “Mançester Siti” (“C”, İngiltərə), “Bayern Münxen” (“D”, Almaniya), “Bayer Leverkuzen” (“E”, Almaniya), “Real Madrid” (“F”, İspaniya), “Porto” (“G”, Portuqaliya) və “Sevilya” (“H”, İspaniya).


Bu mərhələdə komandalar öz qrupundan və təmsil etdiyi ölkədən hər hansı bir klubla qarşılaşa bilməzlər.


Onaltıdabir final mərhələsinin ilk matçları fevralın 14-15-də və 21-22-də, cavab qarşılaşmaları isə martın 7-8-də və 14-15-də oynanılacaq.


Çempionlar Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi dekabrın 12-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin