Noyabr ayının ən yaxşı qolunun müəllifi açıqlandı

14:36 9 Dekabr 2016

I Divizionda noyabr ayının ən yaxşı qolu müəyyənləşib. 
 

Sportarena.az xəbər verir ki, azarkeşlər və idman jurnalistləri arasında keçirilən sorğunun nəticəsinə əsasən, noyabrın ən yaxşı qolunun müəllifi “Bakılı”nın futbolçusu Nurlan Məmmədzadə olub.
 

Sorğu zamanı azarkeşlərin 62 faizinin səsini qazanan Nurlan Məmmədzadə jurnalistlərin seçimi zamanı da rəqiblərini üstələyib. O azarkeşlərin seçimi zamanı Emin Mustafayevi (“Qaradağ Lökbatan”), jurnalistlərin seçimi zamanı isə Ruslan Tağızadəni (“Zaqatala”) qabaqlayıb.
 

Jurnalistlər və azarkeşlərin seçimi eyni olduğuna görə, qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə etməyib.

 
Qeyd edək ki, Peşəkar Futbol Liqası artıq 3-cü dəfədi ki, I Divizionda ayın ən yaxşı qolu layihəsini həyata keçirir.


Digər xəbərlər

Xəbər xətti