"Barselona" Xorvatiya millisinin sabiq üzvü, hazırda Donetskin "Shakhtar" klubunda forma geyinən Dario Srnanın transfer etməkdə israrlıdır.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı "Şaxtyor"un baş məşqçisi Paulo Fonseka verib.
O, bu barədə açıqlamasında bildirib ki, "Barselona" 34 yaşlı futbolçuya rəsmi təklif göndərib.
Qeyd edək ki, "Barselona" Dani Alveşin gedişindən sonra müdafiənin sağında yaranan boşluğu məhz 34 yaşlı futbolçu ilə doldurmaq niyyətindədi.
Xatırladaq ki, 2003-cü ildə "Shakhtar"a transfer olunan futbolçu komandanın heyətində bir çox uğurlar qazanıb.