"Barselona" Luis Suareslə müqavilə yeniləyir

21:09 9 Dekabr 2016

İspaniyanın "Barselona" klubu uruqvaylı futbolçu Luis Suareslə müqaviləni yeniləyəcək.


Sportarena.az  xəbər verir ki, bu barədə Kataloniya klubunun prezidenti Xosep Bartomeu məlumat verib.


Onun sözlərinə görə, futbolçu ilə artıq razılıq əldə olunub. Yeni müqavilənin müddəti 2022-ci ilədək nəzərdə tutulub.


Xatırladaq ki, Uruqvay millisinin üzvü 2014-cü ildən "Barselona"da çıxış edir. İyirmi doqquz yaşlı hücumçu Kataloniya klubunun heyətində meydana çıxdığı 75 oyunda 65 dəfə rəqib qapılarını silkələyib.


Xəbər xətti