Taekvondoçumuz "Qran-pri"nin qalibi oldu

22:18 9 Dekabr 2016

Bu gün taekvondo üzrə “Qran-pri” yarışının final mərhələsinə start verilib.


Sportarena.az xəbər verir ki, turnirin birinci günündə iki taekvondoçumuz çıxış edib. Roman Samodurov (-58 kq) ilk döyüşündəcə koreyalı Tae-hun Kimə uduzub.
Yığma komandamızın digər üzvü, Milad Beigi Harçeqani (-80 kq) finaladək avstraliyalı Hayder Şkara, 1/4 finalda koreyalı Hun Kim və yarımfinalda meksikalı Rene Lizarraqa üzərində böyükhesablı qələbə qazanıb. Həlledici döyüşdə M. B. Harçeqani misirli Seif Eissaya qalib gələrək, Qran-pri turnirinin final mərhələsinin çempionu olub. Bununla da, təmsilçimizin reytinqinə 80 xal əlavə edilib və o, 6000 ABŞ dollar məbləğində pul mükafatı qazanıb.


Digər xəbərlər

Xəbər xətti