"Qarabağ" 32-ci, "Qəbələ" isə sonuncu oldu

13:13 10 Dekabr 2016

"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsini 32-ci pillədə başa vurub. 


Sportarena.az xəbər verir ki, Ağdam klubu qrup mərhələsində 7 xalla 4 klub arasında üçüncü yeri tutub. Ümumi sıralamada isə "köhlən atlar" 48 komanda arasında 32-ci pillədə qərarlaşıb.


Azərbaycanı Avroliqanın qrup mərhələsində təmsil edən digər komanda "Qəbələ" isə "C" qrupunu xalsız başa vurub. Roman Qriqorçukun yetirmələri 48 iştirakçı arasında ən aşağı nəticə göstəriblər.


Xəbər xətti