Şahin Diniyev: "Oyunun nəticəsi danışılmış idi"

14:59 10 Dekabr 2016

Bu gün bütün dünyada futbol bayramıdır.
 

Sportarena.az xəbər verir ki, 10 dekabr Ümumdünya futbol günü kimi qeyd olunur.
 

Bu münasibətlə "Kəpəz"in baş məşqçisi Şahin Diniyev "Lider" telekanalında yayımlanan "Tezdən oyan" verilişinin qonağı olub. Proqrama qatılan təcrübəli mütəxəssis başına gələn maraqlı hadisələrdən danışıb:
 

"Səfərdə "Terek"lə oynayırdıq. O vaxt hakimlik indiki səviyyədə deyildi. Sovet dövründə prinsipiallıq var idi. Mütləq ev sahibi qalib gəlməliydi. Oyun başladı və hakim birinci hissənin gedişində qapımıza penalti  təyin etdi. Ancaq qapıçımız topu dəf edə bildi. Oyunun 45-ci dəqiqəsində qapımıza daha bir penalti təyin edildi. Hakimin yanından keçəndə ayağımla onu vurdum. O da mənə dedi ki, ikinci hissədə sənə həm qırmızı vərəqə verəcəm, həm də komandan uduzacaq. İş elə gətirdi ki, meydan sahibləri ikinci penaltini də dəqiq yerinə yetirə bilmədilər. Hakimi də zədələdiyimə görə ikinci hissəyə çıxa bilmədi. Hakimi vurmaqla oyunun taleyini həll etdim və 2:0 hesabı ilə qalib gəldik".
 

"O vaxt "Nistru"da çıxış edirdim. Lvov şəhərində keçirilən oyunda hesab 2:2 olarkən uzaq məsafədən qol vurdum. Meydançada qaçanda gördüm ki, məni heç kim təbrik etmir. Baxdım ki, meydançada tək qalmışam. Nə məsələ olduğunu soruşdum. Komanda yoldaşım dedi ki, sən vurmasan da, kimsə vurmalıydı. Oyunun nəticəsi danışılmış idi. Mən də istər-istəməz məyus oldum".


Digər xəbərlər

Xəbər xətti