"Şapekoense" klubunun yeni baş məşqçisi müəyyənləşdi

15:31 10 Dekabr 2016

Braziliyanın “Şapekoense” futbol komandasına yeni baş məşqçi təyin olunub.


Sportarena.az xəbər verir ki, baş məşqçi postuna Vaqner Mançini gətirilib.


2004-cü ildə “Paulista” komandasında çalışdırıcı kimi fəaliyyətə başlayan 50 yaşlı yerli mütəxəssis həmin komandaya Braziliya Kubokunu qazandırıb.


Xatırladaq ki, noyabrın 29-da baş vermiş təyyarə qəzasında “Şapekoense” futbol klubunun 19 oyunçusu ilə yanaşı məşqçisi Kayo Junior da həlak olub.


Xəbər xətti