Avropa Liqasının maliyyə xərcləri artırılacaq

15:59 10 Dekabr 2016

UEFA Avropa Liqasının maliyyə xərcləri 60 milyon avro artırılacaq.


UEFA İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən iclasında bu barədə qərar qəbul olunub.


Qurumun prezidenti Aleksander Çeferinin təklifi ilə qitənin ikinci dərəcəli turnirinə Çempionlar Liqasından 50 milyon avro əlavə vəsaitlə yanaşı, təsnifat mərhələləri üçün 10 milyon avro da ayrılacaq.


Xatırladaq ki, cari mövsümdə Azərbaycan avrokuboklarda dörd komanda ilə təmsil olunub. Onlardan "Kəpəz"lə "Neftçi" mübarizəni Avroliqanın II təsnifat mərhələsində, "Qarabağ" və "Qəbələ" isə qrup mərhələsində dayandırıblar.


Digər xəbərlər

Xəbər xətti