Messi "Barselona" ilə danışıqlara başladı

21:08 10 Dekabr 2016

Lionel Messi yeni müqavilə üçün  “Barselona” ilə danışıqlara başlayıb.


Sportarena.az xəbər verir ki, bunu İspaniya mətbuatına açıqlamasından komandanın baş  məşqçisi Luis Enrike deyib.


O, argentinalı hücumçunun “Barselona”da qalacağını bildirib:

“Messi müqaviləsinin uzadılması ilə bağlı klubla danışıqlara başlayıb. Təbii ki, bu xəbər məni sakitləşdirir. Messi də bizim ailənin bir hissəsi kimi qalmaq istəyən və yeni müqavilə imzalayacaq futbolçular sırasındadır. Müqavilənin uzadılması ilə bağlı məsələ rəsmiləşəndə bunu bir yerdə qeyd edərik”.


Xatırladaq ki, bir müddət əvvəl İspaniya mətbuatı Messinin “Barsa” ilə müqaviləni uzatmaq istəmədiyini yazmışdı. Onun hazırkı müqaviləsi 2018-ci ilə qədərdir.


Xəbər xətti