Anatoli Banişevski: "Yenidən seçim qarşısında qalsaydım..." - VİDEO

21:35 10 Dekabr 2016

Bu gün "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin ölümündən 19 il ötür.
 
Sportarena.az xəbər verir ki, Banişevski hər zaman “Neftçi”də oynaması ilə fəxr edib:
"Yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım "Neftçi”ni seçərdim”. (klub saytı)
 
Anatoli Banişevski 1964-1978-ci illərdə "Neftçi”nin heyətində çıxış edib. 1966-cı ilin bütünc mükafatçısı karyerasının sonunadək sadiq qaldığı komandada 318 oyun keçirib, 136 qol vurub. 1965-1972-ci illərdə SSRİ yığma komandasının formasını geyinmiş və 19 qola imza atmış "Banya” 1972-ci il Avropa çempionatının gümüş medalını qazanıb. 1981-1982-ci illərdə "Neftçi”nin məşqçisi olan Anatoli Banişevski 1996-cı ildə "Şöhrət ordeni” ilə təltif olunub.
 


Digər xəbərlər

Xəbər xətti