Türkiyədə Şok: "Beşiktaş"ın stadionun qarşısında partlayış - 20 yaralı

00:30 11 Dekabr 2016

Türkiyənin İstanbul şəhərində partlayış baş verib.

Bu barədə “NTV” kanalı məlumat yayıb. Partlayış Vodafone Arenanın yaxınlığında olub. Hücum bomba yüklü maşının artladılması ilə həyata keçirilib. Hadisə nəticəsində 20-yə yaxın insan yaralanıb.

Daxili işlər naziri Süleyman Soylu “Oyundan sonra “Bursaspor” tərəfdarlarının çıxdığı yerdə, çevik polis qüvvələrinin olduğu yerdə partlayış olub. 20-yə yaxın yaralı var. Ölənlər barəsində məlumatım yoxdur. Yaralılar polislərdir” deyə bildirib.(qafqazinfo.az)


Digər xəbərlər

Xəbər xətti