"Real" rekorda imza atdı

11:16 11 Dekabr 2016

La Liqanın 15-ci turunda doğma meydanda "Deportivo"nu 3:2 hesabı ilə məğlub edən "Real" klub tarixində yeni rekordu müəyyənləşdirib. 


Sportarena.az xəbər verir ki, komanda bütün turnirlər nəzərə alınmaqla, məğlubiyyətsiz oyunlar seriyasını 35-ə çatdırıb. Bu isə klub tarixində yeni rekorddur. 


Qeyd edək ki, "Real" sonuncu dəfə bu ilin 6 aprelində, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında səfərdə "Volfsburq"a uduzun - 0:2.


Digər xəbərlər

Xəbər xətti