DÇ-2016: daha 3 güləşçimiz mübarizəyə qoşulur

14:19 11 Dekabr 2016

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı davam edir.  


Sportarena.az xəbər verir ki, çempionatda ölkəmizin sərbəst, yunan-Roma və qadın güləşçiləri hər növdə 2 idmançı olmaqla iştirak edir.


İlk yarış günündə güləşçilərimiz 2 bürünc medal qazanıb. Əhmədnəbi Qvarzatilov (61 kq) sərbəst, Həsən Əliyev (71 kq) yunan-Roma güləşi yarışlarında fərqlənib. 


İkinci yarış günündə daha 3 güləşçimiz mübarizəyə qoşulur. Qadın güləşində Tatyana Omelçenko (60 kq), sərbəst güləşdə Gitinomaqomed Hacıyev (70 kq) və yunan-Roma güləşində Rafiq Hüseynov (80 kq) yarışlarda iştirak edir. 


60 kq 
1/8 final - Tatyana Omelçenko - Emese Barka (HUN) 

70 kq
1/16 final - Gitinomaqomed Hacıyev - James Malcolm Green (USA)

80 kq 
1/8 final - Rafiq Hüseynov - 1/16 final görüşünün qalibi


Digər xəbərlər

Xəbər xətti