"Fənərbaxça"nın yeni hədəfi

16:59 11 Dekabr 2016

“Fənərbaxça” qış transfer pəncərəsi zamanı heyətinə ulduz futbolçu qatmağı planlaşdırır.


Sportarena.az xəbər verir ki, İstanbul klubunun əsas transfer hədəfi Oskardır. İstanbul təmsilçisi “Çelsi”nin yarımmüdafiəçisini icarə əsasında heyətinə cəlb etməyi hədəfləyir. 


Oskarın keçidi alınmayacağı təqdirdə, “Fənər” diqqətini “Real”ın üzvü İskoya yönəldəcək. 


Xəbər xətti