Türk futbolçulardan gözləri yaşardan hərəkət

23:30 11 Dekabr 2016

Bu gün Türkiyədə həvəskar komandalar arasında keçirilən oyunda maraqlı hadisə baş verib.

Bölgə klublarından olan “Çorluspor 1947” komandasının üzvləri “Vəfa” komandasıyla oyunda vurduğu hər 3 qoldan sonra stadionda asayişi qoruyan polislərə tərəf qaçaraq onları qucaqlayıblar. Onlar bununla dünən İstanbulda törədilən terror aktı zamanı həlak olan türk polislərinin ruhuna ehtiramlarını nümayiş etdiriblər.

“Çorluspor 1947”in bu addımı azarkeşlər tərəfindən təqdir edilib.

Xatırladaq ki, İstanbulda dünən törədilən terror hadisəsi zamanı ölənlərin əksəriyyəti polis əməkdaşlarıdır.


Xəbər xətti