Tanınmış boksçunu babası ilə birgə qətlə yetirdilər - VİDEO

00:15 12 Dekabr 2016

Meksikanın Qvadalaxara şəhər polisi peşəkar boksçu kiçik Aleksandro Qonsalesin meyidini tapıb. 23 yaşlı idmançının cəsədi evinin yanında qətlə yetirilmiş daha 2 şəxslə birgə yük maşınından aşkarlanıb.

Meyitlərdən biri baba Alexandroya məxsus olub.

Mərhum boksçu əvvəllər ikinci yüngül çəki dərəcəsində dünya çempionu tituluna namizəd olub. O, peşəkar rinqdəki döyüşlərindən 25 qələbə, 3 məğlubiyyət və 3 heç-heçə ilə ayrılıb. Alexandro Qonsales 2015-ci ildə İBF (Beynəlxalq Boks Federasiyası) versiyası üzrə görüşdə böyük britaniyalı Karl Fremptona uduzub.

Qeyd edək ki, ötən həftə ABŞ-ın Çikaqo şəhərində gənc və perspektivli boksçu Ed Braun da öldürülüb. //Report


Digər xəbərlər

Xəbər xətti