Çempionlar Liqasında 1/8 finalın püşkü atılır

11:31 12 Dekabr 2016

Bu gün bütün  Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.
 

Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.


Avropanın 16 ən güclü komandası 8 cütlük təşkil edəcək. Qrup mərhələsini liderliklə bitirən komandalar 1-ci, ikinci yer sahibləri isə 2-ci səbətdə yer alacaq. Eyni qrupdan çıxan və eyni ölkəni təmsil edən komandalar bir-birinə rəqib ola bilməyəcək.


Qrupu lider tamamlayan komandalar:
 
"Arsenal" və "Lester" (İngiltərə), "Napoli", "Yuventus" (İtaliya), "Barselona", "Atletiko" (İspaniya), "Monako" (Fransa), "Borussiya" (Dortmund, Almaniya) klubu daxildir.
 
Qrup mərhələsini 2-ci yerdə tamamlayan komandalar:
 
PSJ (Fransa), "Benfika", "Portu" (Portuqaliya), "Mançester Siti" (İngiltərə), "Bavariya", "Bayer" (Almaniya), "Real", "Sevilya" (İspaniya).


Xəbər xətti