Ramil Şeydayev "Trabzonspor"dan ayrılır?

13:33 12 Dekabr 2016

Trabzonspor” futbol klubu Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevi qış transfer dövründə icarəyə verməyi düşünür.


Sportarena.az xəbər verir ki, baş məşqçi Ərsun Yanalın tələbi ilə yeni hücumçu axtarışına çıxan Türkiyə klubu “Aston Villa”nın futbolçusu Libor Kozakla danışıqlara başlayıb. Klub çexiyalı forvardı azad agent statusunda heyətinə qatmağa çalışır.


Türkiyə klubu mövsümlərarası fasilədə “Porto”dan icarəyə götürdüyü koreyalı hücumçu Hyun-Yun Suku da geri göndərəcək.


Qeyd edək ki, yay fasiləsində “Zenit”dən “Trabzonspor”a transfer olan Ramil Şeydayev Superliqa klubunun heyətində nadir hallarda meydana çıxır.


Digər xəbərlər

Xəbər xətti