Avrokubokların təqvimi müəyyənləşdi

17:43 12 Dekabr 2016

Futbol üzrə avrokubokların 2017/2018-ci il mövsümünün təqvimi müəyyənləşib.


Sportarena.az xəbər verir ki, ölkəmizi avrokuboklarda təmsil edəcək ən güclü 4 klubumuz – Azərbaycan Premyer Liqasının 3 mükafatçısı və kubokun qalibi iyunun 19-da öz rəqiblərini tanıyacaq. Həmin gün İsveçrənin Nyon şəhərində Çempionlar və Avropa liqası yarışlarının ilk iki təsnifat mərhələsinin püşkü atılacaq.


Azərbaycan çempionu II, digər üç komandamız I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.


Çempionlar Liqası yarışlarının ilk mərhələsinin oyunlarına gələn il iyunun 27-28-də start veriləcək. Avroliqa isə iyunun 29-da başlayacaq.


Avropa Liqasının finalı mayın 16-da Fransanın Lion şəhərində, Çempionlar Liqasının həlledici oyunu mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq.


Digər xəbərlər

Xəbər xətti