"Qızıl top"un sahibi müəyyənləşdi

23:45 12 Dekabr 2016

"France Football" dərgisinin dünyanın ən yaxşı oyunçusuna verdiyi "Qızıl top" mükafatının sahibi müəyyənləşib.


Sportarena.az xəbər verir ki, müxtəlif ölkələrdən 173 jurnalistin verdiyi səslərə əsasən, Portuqaliya millisinin və Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo bu ilin ən yaxşı oyunçusu seçilib.


Beləliklə, o, 4-cü dəfə (2008, 2013, 2014, 2016) bu mükafatı qazanıb.


O, bu il keçirdiyi 55 oyuna 51 qol vurub vı 17 qol ötürməsi verib.


Qeyd edək ki, K.Ronaldo bu il Portuqaliya millisinin tərkibində Avropa çempionu və "Real"al Çempionlar Liqasının qalibi olub.


Xəbər xətti