Qurban Qurbanov ilin məşqçisi seçildi

12:51 13 Dekabr 2016

Azərbaycanda ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.
 

Sportarena.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.
 

Səsvermədə 64 mətbuat orqanından 70 jurnalist iştirak edib. 

 
47 səs toplayan Qurbanov 7-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib. 44 yaşlı mütəxəssisin əsas rəqibi, Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki 16 səs toplayıb. “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk 4, “Kəpəz”in baş məşqçisi Şahin Diniyev 2, “Zirə”nin çalışdırıcısı Adil Şükürov isə cəmi 1 səs qazanıb.
 

Qurban Qurbanov 2016-cı ildə “Qarabağ”a ardıcıl 3-cü dəfə Azərbaycan çempionluğunu, 2-ci dəfə isə ölkə kubokunu qazandırıb. “Köhlən atlar” Qurbanovun rəhbərliyi altında ardıcıl 3-cü mövsümdə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
 

Kim kimə səs verib?

 
1. Qurban Qurbanov - 47
2. Robert Prosineçki - 16
3. Roman Qriqorçuk - 4
4. Şahin Diniyev - 2
5. Adil Şükürov - 1

 
İdman saytları

 
1. Kənan Məstəliyev (Rekord.az) - Qurban Qurbanov 
2. Vüsal Mahmudov (Futbolinfo.az) - Qurban Qurbanov
3. Ruslan Mikayıllı (Azerisport.az) - Qurban Qurbanov
4. Vüsal Gözəlov (Stadium.az) - Qurban Qurbanov 
5. İlkin Sultanlı (Sportlife.az) - Qurban Qurbanov 
6. Emin Səfərov (Futbol11.az) - Robert Prosineçki
7. Mərdan Həsənov (Newsport.az) - Qurban Qurbanov
8. Elçin Cəlilov (Futbolpress.az) - Qurban Qurbanov 
9. Səxavət Qurbanov (İdmanxeber.com) - Qurban Qurbanov 
10. Aydın Bağırov (Qol.az) - Qurban Qurbanov
11. Mehman Süleymanov (Sportnet.az) - Robert Prosineçki 
12. İxtiyar Əsgərov (Apasport.az) - Qurban Qurbanov 
13. Ceyhun Əzizli (Aut.az) - Qurban Qurbanov
14. Kamran Hacı (Allsport.az) - Qurban Qurbanov
15. Saleh Arslan (Korner.az) - Qurban Qurbanov 
16. Əli Sahib (Fanat.az) - Qurban Qurbanov
17. Amal Abuşov (Sport7.az) - Qurban Qurbanov 
18. İbrahim Cəfərov (Futbolxeber.az) - Robert Prosineçki 
19. Anar Cəfərsoy (Supersport.az) - Qurban Qurbanov
20. Erkin İbrahimov (Azerifootball.com) - Robert Prosineçki
21. Rüfət Nadirli (Sportarena.az) - Qurban Qurbanov
22. İlkin Vaqifoğlu (Sportinfo.az) - Robert Prosineçki 
23. Şahin Oğuz (Sportal.az) - Qurban Qurbanov
24. Zeynəb Əlizadə (Goal.az) - Qurban Qurbanov
25. Aslan Şahgəldiyev (Pfl.az) - Qurban Qurbanov
26. Əli Həyati (Futbolmedia.az) - Qurban Qurbanov 
27. Teymur Maksutov (Sportbox.az) - Robert Prosineçki
 

İdman qəzetləri

 
1. İlqar Tağıyev (Het-trik nyus) - Robert Prosineçki 
2. Mahir Rüstəmli (Futbol+) - Robert Prosineçki 
3. Səbuhi Salamov (Futbol+qol) - Qurban Qurbanov
 

Komanda.az
 

1. Rəşad Ergün - Qurban Qurbanov
2. Natiq Muxtarlı - Qurban Qurbanov
3. Mehman Muradlı - Roman Qriqorçuk 
4. Elnur Həmidov - Qurban Qurbanov 
5. Vüqar Məmmədov - Robert Prosineçki
6. Emin Tarverdiyev - Roman Qriqorçuk
7. Davud Nəsirov - Qurban Qurbanov
 

İctimai-siyasi saytlar

 
1. Elmir Əliyev (Haqqin.az) - Robert Prosineçki 
2. Elşən Məmmədov (Report.az) - Qurban Qurbanov 
3. Elsevər Məmmədov (Qafqazinfo.az) - Roman Qriqorçuk
4. Əziz Əlibəyli (Faktor.az) - Robert Prosineçki 
5. Elşad Qəzvini (Azərtac) - Qurban Qurbanov
6. Pərviz Hikmət (Publika.az) - Qurban Qurbanov 
7. Vüsal Məmmədov (Azvision.az) - Qurban Qurbanov
8. Sənan Nəcəfov (Qhtxeber.az) - Qurban Qurbanov
9. Emil Hüseynli (Trend) - Qurban Qurbanov
10. Səbuhi Musayev (Qaynar.info) - Robert Prosineçki 
11. Aytən Məmmədova (Azadlıq.info) - Roman Qriqorçuk
12. Həbib Müntəzir (Meydan TV) - Qurban Qurbanov
13. Anar Gəraylı (Lent.az) - Robert Prosineçki
14. Səxavət Məmməd (Olke.az) - Qurban Qurbanov
15. Təranə Xudadbaxşıyeva (Sputnik.az) - Qurban Qurbanov
16. Babək Cahandarov (1news.az) - Qurban Qurbanov 
17. Niyaz Niftiyev (Azadinform.az) - Qurban Qurbanov 
18. Hacıbəy Heydərli (Azxeber.com) - Adil Şükürov
 

İctimai-siyası qəzetlər

 
1. Rüstəm Piriyev (Exo) - Qurban Qurbanov
2. Məhəmməd Türkmən (Yeni Müsavat) - Qurban Qurbanov
3. İlham Quliyev (Kaspi) - Qurban Qurbanov
4. Pərviz Sadayoğlu (Yeni Azərbaycan) - Robert Prosineçki
5. Sahib Əsədbəyli (Ədalət) - Qurban Qurbanov 
6. Ceyhun Abbasov (525-ci qəzet) - Qurban Qurbanov
 

Televiziya
 

1. Gündüz Abbaszadə (CBC Sport) - Qurban Qurbanov
2. İlkin Xəlilov (ATV) - Qurban Qurbanov 
3. Tural Dadaşov (İctimai TV) - Robert Prosineçki
4. Gəray Qiyasov (Lider TV) - Şahin Diniyev 
5. Ceyhun Rzayev (Xəzər TV) - Qurban Qurbanov 
6. Tural Xudiyev (Space) - Qurban Qurbanov
7. Ramiz Mirzəzadə (İdman Azərbaycan) - Şahin Diniyev 
8. Elnur Şibliyev (ARB TV) - Robert Prosineçki
9. Nihat Ağasoy (Kanal 13) - Qurban Qurbanov


Digər xəbərlər

Xəbər xətti