Cənub RFF 2016-ci ilin ən yaxşılarını müəyyənləşdirdi

13:12 13 Dekabr 2016

Cənub Regional Futbol Federasiyası regionu təmsil edən rayonlarda klub, idarə-müəssisə, təşkilatlar və fərdi şəxslərin fəaliyyətlərini nəzərə almaqla ilin ən yaxşılarını müəyyənləşdirib. 


Sportarena.az xəbər verir ki, ümumilikdə, 8 nominasiyada ən yaxşılar seçilib. Qaliblər aşağıdakılardır:


1. İlin futbol adami:
Tofiq Heydərov – “Zirvə” Beynəlxalq İdman Klubunun təsiscisi və prezidenti Cənub Regionunda “Zirvə” Futbol Klubunun yaradılmasına və yeniyetmə komandalara göstərdiyi dəstəyə görə.


2. İlin ən yaxşı gənc futbolçuları:
1. Elnur Cəfərov - Azərbaycan U-19 yığması (Lənkəran)
2. Xəqani Sadiqov - Azərbaycan U-17 yığması (Cəlilabad)
3. Murad Məmmədli - Azərbaycan U-16 yığması (Astara).


3. İlin ən yaxşı futbol məşqçiləri:
1. Xalid Ağayev (UGİM Lənkəran) - qızlardan ibarət yığma komandanın baş məşqçisi.
2. Cavid Quliyev (Cəlilabad).
3. Möhsün Tağıyev (Masallı). 
4. Etibar Axundov (Astara).


4. İlin ən fəal rayon federasiya nümayəndəsi:
1. Afaq Qurbanov (Astara).
2. Rovşən Süleymanov (Masallı).
3. Aydan Aslanov (Neftçala).


5. Cənub regionunda futbol sahəsini işıqlandıran ilin ən yaxşı KİV nümayəndəsi:
Kənan Məstəlıyev – Rekord.az
Rüfət Nadirli - Sportarena.az 


6. Cənub regionunda futbol xəbərlərini işıqlandıran ilin ən yaxşı KİV-ləri:
zirve-ik.com “Zirvə” Beynəlxalq İdman Klubunun rəsmi saytı
aaaf.tv – “AAAF TV”-nin rəsmi saytı.


7. Uşaq futbolunun inkişafında göstərdiyi xidmətlərə görə seçilən ilin ən yaxşıları:
- Açıq Əyləncəli Futbol Məktəbi Azərbayacan Nümayəndəliyi        
- Coca-cola şirkəti (Məktəli Kuboku yarışlarının təşkilinə görə)

 
8. İlin veteran futbolçuları:
1. Abdullayev Rasim Nəriman oğlu (60 yaş)
2. Qarayev Namik Əliheydər oğlu (65 yaş). 
3. Rzayev Elşad Baba oğlu (55 yaş).


Xəbər xətti