Rəşad Sadıqov: "Səviyyəli legionerlər bura gəlmək istəmir"

13:52 13 Dekabr 2016

“Qarabağ” klubu yeni transferlər üçün yaxşı büdcə ayırır. Mətbuat yazır ki, “Azərsun” bu məsələdə xəsislik edir. Ancaq əslində, bu, belə deyil. Baş məşqçimiz Qurban Qurbanov hər legioneri gətirmək istəmir, yaxşı legionerlər də bura gəlmir. Halbuki, “Qarabağ” onların həm transferinə, həm də məvacib baxımından yaxşı məbləğdə pul verirdi”.

Bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Xəzər TV”də “Futbol saatı” proqramında bildirib.


O bildirib ki,  həmin futbolçular arasında Türkiyə Super Liqasında, Rusiya Premyer Liqasında çıxış edən tanınmış legionerlər var idi:


“Ancaq onlar Avropanın I liqasını Azərbaycan Premyer Liqasından üstün tutublar. Onlara deyilib ki, “Qarabağ” çempion olub, Çempionlar Liqasında çıxış edib, Avropa Liqasında qrupunda oynamış komandadır. Bununla belə, bura gəlmək istəməyiblər. Bu da Azərbaycanda çempionatın səviyyəsi, stadionların vəziyyəti ilə bağlıdır”.


Digər xəbərlər

Xəbər xətti