Yığmalarımızın rəqibləri müəyyənləşdi

15:37 13 Dekabr 2016

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 2017/2018-cil il mövsümü üçün U-17 və U-19 yaş qrupuna aid yığma komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
 

Sportarena.az xəbər verir ki, püşkün nəticəsinə uyğun olaraq, hər iki yaş qrupuna aid Azərbaycan yığmasının mübarizə aparacağı qrupların tərkibi müəyyənləşib.
 
U-17, 11-ci qrup
İrlandiya
Ukrayna
Bolqarıstan
Azərbaycan

Oyunlar 10, 13 və 16 oktyabr 2017-ci il tarixlərində Bolqarıstanda keçiriləcək
 
U-19, 7-ci qrup
Serbiya
İrlandiya
Azərbaycan
Kipr

Oyunlar 4, 7 və 10 oktyabr 2017-ci il tarixlərində İrlandiyada keçiriləcək


Digər xəbərlər

Xəbər xətti