Mourinyodan növbəti maraqlı addım

18:58 13 Dekabr 2016

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo növbəti dəfə maraqlı qərarı ilə diqqət çəkib.


Portuqaliyalı mütəxəssis digər ingilis klublarından fərqli olaraq dekabrın 25-də komandasının məşqə çıxacağını açıqlayıb.


Dekabrın 25-də bütün xristianlar Milad bayramını qeyd edir və həmin gün Britaniyada qeyri-iş günü sayılır. Futbolçular Milad bayramında ailələrinin yanında olur.


Mourinyonun bu qərarı futbolçuların narazılığına səbəb olub.


Xəbər xətti