"Qəbələ"nin futbolçusu Xorvatiya millisinə çağrıldı - İlk dəfə

23:10 13 Dekabr 2016

“Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya milli komandasına çağırılıb.

Sporarena.az klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi 2017-ci ilin yanvarında yığmasının düşərgəsinə yollanacaq. Baş məşqçi Ante Çaçiç “qırmızı-qaralar”ın heyətində özünü yaxşı tərəfdən göstərən orta sahə oyunçusunu sınamaq qərarına gəlib.

Ozobiç Xorvatiya millisinin heyətində “China Cup 2017” turnirində özünü göstərməli olacaq. Çaçiç Filipin yanvarın 10-15-də Nannin şəhərində keçiriləcək turnirə aparacağı heyətə daxil edib. Turnirdə Çin, Çili, İslandiya və Xorvatiya milliləri mübarizə aparacaq.

Xatırladaq ki, 2016-cı ilin yayından “Qəbələ”də çıxış edən Ozobiç Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas komandada debüt etməyib. Onun debüt matçı “qırmızı-qaralar”ın futbolçusu kimi ola bilər.


Digər xəbərlər

Xəbər xətti