Ronaldodan "Qızıl top" açıqlaması

00:09 14 Dekabr 2016

Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo "Qızıl top"u qazanmağından sonra açıqlama verib.

O, 4-cü dəfə bu mükafata sahib çıxdığı üçün çox sevindiyini deyib:

"Real" və Portuqaliya millisi ilə kuboklar qaldırmasaydım, "Qızıl top"u qazana bilməzdim. Buna görə də əvvəlcə komanda yoldaşlarıma təşəkkür edirəm. Dördüncü dəfə bu mükafata sahib çıxdığım üçün qürur hissi keçirirəm. Bu qədər "Qızıl top"u qazanacağımı düşünməzdim. Çox xoşbəxtəm".

Qeyd edək ki, Ronaldo bundan əvvəl 2008, 2013 və 2014-cü illərdə "Qızıl top"u qazanıb. 


Digər xəbərlər

Xəbər xətti