Ramil Şeydayevə start heyətdə şans verilməyəcək

11:56 14 Dekabr 2016

Bu gün Türkiyə kubokunun qrup mərhələsində milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" klubu "Konyaspor"la qarşılaşacaq.
 

Sportarena.az xəbər verir ki, Türkiyə mətbuatı oyunun təxmini start heyətini müəyyənləşdirib. Məlumata görə, komandanın baş məşqçisi Ərsun Yanal start heyətdə Ramil Şeydayevə yenə də şans verməyəcək.
 

"Konyaspor": Serkan Qırıntılı, Volkan Fındıqlı, Berri Duqlas, Yonsson, Ömer Ali Şahiner, Ali Çamdalı, Ranqelov, Miloşeviç, Vukoviç, Halil, Şkubiç.

 
"Trabzonspor": Esteban, Zeki, Mustafa Yumlu, Yan Duritsa, İbanes, Okay, Onazi, Güray, Mehmet Ekici, Kastilyo, Muhammet Demir.

 
Qeyd edək ki, "Konyaspor" - "Trabzonspor" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


Xəbər xətti